London-2012: SSRİ dağılmasaydı...
13.08.2012 - 15:23
London Olimpiadasında medal sayında 1-ci olan ABŞ-ın uğurunu kölgədə qoyan tapılıb. Apasport.az saytının məlumatına görə, vaxtilə prinsipial rəqiblər sayılan keçmiş SSRİ ilə amerikalıların uğurlarını müqayisə edəndə, maraqlı məqam üzə çıxıb. Belə ki, postsovet məkanı ölkələrinin XXX Yay Olimpiya Oyunlarında mükafatlarını üst-üstə yığanda, liderliyi nəzərə çarpır.
Azərbaycan da daxil olmaqla, keçmiş SSRİ təmsilçiləri ümumilikdə 164 medal qazanıblar. Bu da 104 medalı olan ABŞ-dan sayca 60 çoxdur.
Amerikalıların həmin medallarından 46-sı qızıl, 29-u gümüş və bürünc olub. Keçmiş sovet ölkələri 47 qızıl qazanmaqla, bu göstəricidə də ABŞ-ı qabaqlayıb. Artıq tarixin yaddaşına köçən ölkənin 44 gümüş, 73 bürünc medalı var.
Qeyd edək ki, bu uğurda pay sahibi olmaqla öz rekordunu yeniləyən Azərbaycanın Londonda qazandığı 10 medaldan 2-si qızıl, 2-si gümüş, 6-sı bürünc olub.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0