Yığmamızın heyəti açıqlandı
13.09.2012 - 08:10
Slovakiyanın Koşitse şəhərində keçiriləcək ağır atletika üzrə yeniyetmələr arasında dünya birinciliyinə yollanacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Ağır Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, sentyabrın 16-23-də baş tutacaq yarışda əsasən Avropa çempionatında uğurlu nəticə əldə edən idmançılarımıza şans veriləcək.
Yeniyetmələrdən ibarət yığmamızın baş məşqçisi Asif Məmmədov mundialda da Valeh Baxşalızadə (50 kq), Həsən Həsənov, Kənan Əliquliyev (hər ikisi 62 kq), Elxan Əliqulizadə, Ceyhun Tağızadə (hər ikisi 69 kq), Dadaş Dadaşbəyli (85 kq), Azər Məmmədliyə (+ 94 kq) şans verəcək. O, ehtiyat idmançı kimi Rüstəm İmanzadəni (56 kq) düşərgəyə çağırıb.
Çempionatda Azərbaycanı hakim qismində Vahid Nəzərov təmsil edəcək.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0