Azərbaycan çempionatının təqvimi bilindi
24.10.2012 - 10:55
Oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək kişi və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatının təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ölkənin bütün aparıcı idmançılarının qatılacağı yarışın ilk günündə kişilər arasında 60 kq, qadınlar arasında bütün çəki dərəcələrində qaliblər məlum olacaq.
Bir gün sonra kişilər arasında 66 kq və 73 kq, çempionatın sonuncu günündə isə 81 kq, 90 kq, 100 kq və 100 kq-dan ağır çəki dərəcələrində çempionlar müəyyən ediləcək.
Qeyd edək ki, millimizin yeni avstriyalı baş məşqçisi Peter Zayzenbaher yarışı izləyib, yeni komanda formalaşdırmaq arzusundadır.

- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0