“Bakıda qalib gəlmək bizim üçün böyük qələbə olardı”
24.04.2013 - 14:01
“Bakıda qalib gəlmək bizim üçün böyük qələbə olardı. Amma istənilən halda, komandamız fəxri kürsüyə çıxmağa çalışacaq və ən azı Top-5-ə iddia edəcək”. Bu sözləri İndoneziyanın “Polygon Sweet Nice” velosiped klubunun icraçı-direktoru Sastra Haryanto Tjondrokusumo deyib.
Ölkəmizdə keçiriləcək “Tour d Azerbaijan”da iştirak edəcək Asiya təmsilçisinin rəsmisi yarışa böyük iddia ilə qatılmadıqlarını, lakin mükafat arzusunda olduqlarını açıqlayıb: “Biz yaxşı balanslaşdırılmış komandaya malikik. Dağlıq ərazilərdə Rayan Şerlok, Edqar Noales, Sergey Kuzmin və Mark Daulinq medallar uğrunda mübarizə apara bilərlər. Stiven Halpin universaldır. Splitdə isə Daniel Klifford daha yaxşıdır. Ümumilikdə isə komanda hesabında daha yüksək yer tutmağa çalışacağıq”.
Qeyd edək ki, “Tour d Azerbaijan” mayın 1-5-də keçiriləcək.

- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
0
0