“Naxçıvan Kuboku” başlayır
29.04.2013 - 12:51
Mayın 4-5-də Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr edilən yarış komanda xarakterli olacaq.
Belə ki, turnirdə iştirak edəcək komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparacaqlar. “Naxçıvan Kuboku”nda Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan və Ukrayna komandaları iştirak edəcək. Turnirin proqramına əsasən, mayın 4-də qrup görüşləri, mayın 5-də isə final və 3-cü yerlər uğrunda görüşlər keçiriləcək.
Turnirin rəsmi açılış mərasimi mayın 4-də saat 10.00-da baş tutacaq. İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
0
0