Nazir Azərbaycana əcnəbi məşqçi gətirmək istəyir - FOTO
01.05.2013 - 13:24
Nazir Azərbaycana əcnəbi məşqçi gətirmək istəyir - FOTO
Bu gün kənd təsərrüfatı naziri, Stolüstü Tennis Federasiyasının prezidenti İsmət Abasov Avropa Stolüstü Tennis Birliyinin baş katibi Cenni Dom və baş meneceri cənab Roman Plese ilə görüşüb. Apasport.az saytının xəbərinə görə, görüşün əsas məqsədi Azərbaycan Stolüstü Tennis Federasiyası ilə Avropa Stolüstü Tennis Birliyi arasında əməkdaşlıq imkanlarının və Azərbaycanda bu idman növünün gələcək inkişafının müzakirəsi olub.

Nazir qonağı səmimi salamlayaraq, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın idmana göstərdiyi diqqət və qayğıdan söhbət açıb.

Nazir Azərbaycan Stolüstü Tennis Federasiyasının fəaliyyətindən, Avropa standartlarına cavab verən texniki təchizatı, beynəlxalq yarışlarda iştirakı, ümumilikdə Azərbaycanda bu idman növünə böyük maraq olduğunu qonağın diqqətinə çatdırdı.

O, qeyd edib ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarında başqa idman növləri ilə yanaşı, stolüstü tennis də keçirilməsi üçün böyük potensial imkanları var və bu idman növündə də yarışların keçirilməsi peşəkarlıqla təşkil olunacaq.

Nazir Azərbaycanda stolüstü tennisin daha da inkişafının gücləndirilməsi məqsədilə Avropadan yeni məşqçinin dəvət olunması üçün xanım Cenni Domaya müraciət edib.
0