Millimiz Limada daha bir medal qazandı
09.05.2013 - 06:52
Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında dünya birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, turnirdə iştirak edən Azərbaycan milli komandasının üzvlərindən daha ikisi körpücük üzərinə çıxıblar.
77 kq çəki dərəcəsində mübarizə aparan Elxan Əliquluzadə ilə Nicat Rəhimov qüvvələrini sınayıblar.
Birdən qaldırma hərəkətində 7-ci olan Əliquluzadə, təəssüf ki, zədə səbəbindən təkanla qaldırma hərəkətinə çıxa bilməyib və yarışı yarımçıq bitirmək məcburiyyətində qalıb.
Elxandan fərqli Rəhimov isə toplamda 340 kq (153 kq + 187 kq) nəticə ilə gənclər arasında dünya çempionatının gümüş medalına sahib olub.
Qeyd edək ki, idmançılarımızdan Valentin Xristov (62 kq) qızıl, Firudin Quliyev (69 kq) isə bürünc medal qazanıb.

- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0