Foqts görünməmiş olayı gerçəkləşdirdi
08.06.2013 - 16:57
Azərbaycan milli komandası yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, millimiz 1994-cü ildən çıxış etdiyi Avropa və dünya çempionatının seçmə mərhələlərində 4-cü dəfə heç-heçə etməklə, görünməmiş olayı gerçəkləşdirib.
Belə ki, yığmamız bunadək yalnız bir seçmə mərhələdə - 2006-cı il dünya çempionatına yollanmaq uğrunda mübarizə zamanı ən çox – 3 dəfə bərabərliyə qalmışdı. Onda baş məşqçilərimizdən braziliyalı Karlos Alberto Torres Bakıda Uelslə 1:1 hesablı, Şimali İrlandiya ilə qolsuz bərabərliyə qalmışdı. Onun gedişindən sonra bu vəzifəni icra edən Vaqif Sadıqov Avstriya ilə paytaxtımızda qolsuz heç-heçə etmişdi.
Bunların hamısı Tofiq Bəhramov adına Respublika stadionunda əldə edilmişdisə, hazırkı baş məşqçimiz Berti Foqts 4 bərabərlikdən 2-ni səfərdə qazanıb. Bunlar Şimali İrlandiyada 1:1, Lüksemburqda qolsuz heç-heçələrdir. Almaniyalı çalışdırıcı Respublika stadionunda İsraillə, “Bakcell Arena”da Lüksemburqla 1:1 hesablı bərabərliyə qaldı.
Foqts yeni rekord müəyyənləşdirməklə yanaşı, azərbaycanlı həmkarı Şahin Diniyevin göstəricisini təkrarlayıb. Belə ki, millimiz bunadək seçmə mərhələlərdə yalnız 1 dəfə eyni rəqiblə həm səfərdə, həm də evdə heç-heçə etmişdi. Bu, Diniyevin vaxtında 2008-ci il Avropa çempionatının seçmə mərhələsində Qazaxıstanla 1:1 hesabı ilə nəticələnən rəsmi oyunlar idi.
Qeyd edək ki, Foqtsun son oyununda qolumuzun müəllifi hesabı açan Ruslan Abışov oldu.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0