Məmmədyarov Morozeviçlə xalları yarı böldü - YENİLƏNİB
14.06.2013 - 20:22
Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr edilən şahmat üzrə ənənəvi beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, sayca 8-ci yarışın 2-ci günündə Şəhriyar Məmmədyarov növbəti görüşünə çıxıb.
Ötən gün blits turnirinin qalibi Hikaru Nakamuranı məğlub edən qrossmeysterimiz bu dəfə Rusiyadan olan şahmatçı Aleksandr Morozeviçlə qarşılaşıb. Təmsilçimiz xalları yarı bölüb.
Digər görüşlərdə isə Vladimir Kramnik Hikaru Nakamuraya, Fabiano Karuana Boris Gelfanda uduzub. Sergey Karyakinlə Maqnus Karlsen və Dmitri Andreykinlə Vişvanatan Anand isə heç-heçə edib.
Qeyd edək ki, 1 il öncə analoji yarışda ölkəmizi Teymur Rəcəbov təmsil etmişdi və o, Karlsenlə Karuananın ardından 3-cü olmuşdu. Məmmədyarov isə 2010-cu ildə eyni uğura imza atıb.
14 iyun
II tur
Aleksandr Morozeviç (Rusiya, 2760) - Şəhriyar Məmmədyarov (2753) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya, 2803) - Hikaru Nakamura (ABŞ, 2784) – 0:1
Sergey Karyakin (Rusiya, 2782) - Maqnus Karlsen (Norveç, 2864) - 0,5:0,5
Fabiano Karuana (İtaliya, 2774) - Boris Gelfand (İsrail, 2755) - 0:1
Dmitri Andreykin (Rusiya, 2713) - Vişvanatan Anand (Hindistan, 2786) - 0,5:0,5
Xal durumu: Karlsen, Gelfand, Məmmədyarov – 1,5, Karuana, Andreykin, Karyakin, Morozeviç, Nakamura – 1, Anand– 0,5, Kramnik – 0.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0