İlk gündə 3 qızıl və 1 bürünc medal
18.06.2013 - 23:02
Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, ilk yarış günündə sərbəst güləş üzrə 42, 50, 58, 69 və 85 kq çəki dərəcəsində pəhləvanlar mübarizəyə qoşulub.
Güləşçilərimizdən 3-ü finala qədər maneəsiz irəliləyib. Məhəmmədəli Əliyev (58 kq) və Nurməhəmməd Hacıyev (85 kq) həlledici mərhələdə Türkiyə təmsilçiləri ilə, Abdulmuslim Muxuddinov (69 kq) isə erməni güləşçi ilə qarşılaşıb. 50 kq-da təmsilçimiz Mahir Əmiraslanov bürünc medal uğrunda görüşə çıxıb, rəqib Rumıniya güləşçisi olub.
Medal görüşünə çıxan bütün güləşçilərimiz xalça üzərindən qalib ayrılıb.
Beləliklə, yeniyetmələrin Avropa çempionatında ilk gün sərbəst güləşçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıb.
Qeyd edək ki, çempionatın ikinci günündə Fazil Həsənov (46 kq), Vurğun Əliyev (54 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (76 kq) və İqbal Hacızadə (100 kq) mübarizəyə qoşulacaq.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0