Yığmamız 3-cü pillədə
24.06.2013 - 09:45
Estoniyanın paytaxtı Tallində yeniyetmələr cüdoçular arasında keçirilən Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışı 2 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Komandamızın heyətində Hidayət Heydərov (60 kq) və Leyla Əliyeva (40 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda uduzan İlkin Babazədə (55 kq) və Elnur Əhmədli (66 kq) gümüş medalla kifayətləniblər. Digər cüdoçularımız - Natiq Qurbanlı (50 kq) və Rüfət Tağızadə (55 kq) isə Avropa birinciliyini 3-cü yerdə bitiriblər.
Qeyd edək ki, yığmamız komanda hesabında 3-cü olub. Rusiya 1-ci (5-1-3), Fransa (3-1-0) ikinci yeri tutub.

- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
0
0