[b]1/4 finalın daha bir cütü müəyyənləşdi
[/b]
03.07.2018 - 00:03
DÇ-2018-in 1/4 final mərhələsinin daha bir cütü müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyulun 6-da Kazanda baş tutacaq matçda Braziliya və Belçika üz-üzə gələcək.
Sonuncular Yaponiyanı 3:2, cənubi amerikalılar isə Meksikanı 2:0 hesabı ilə məğlub edərək “səkkizliy”ə düşüb.
Qeyd edək ki, bunadək daha iki 1/4 final cütü müəyyənləşmişdi. Yarımfinala vəsiqə uğrunda Fransa Uruqvayla, Rusiya Xorvatiya ilə mübarizə aparacaq.
0
0