FİDE-nin təşkil etdiyi sürətli şahmat üzrə Onlayn Olimpiadada 3-cü divizionda mübarizə başa çatıb.
Apasport.az saytının məlumatına görə, üç gün davam edən yarışda 50 ölkənin yığması 5 qrupda mübarizə aparıb.
Hər qrupda ilk üç yeri tutan komanda 2-ci diviziona yüksəlib. Bu 15 yığma aşağıdakılardır: Belçika, Çili, Sinqapur, Meksika, Portuqaliya, İPCA, Kosta Rika, Boliviya, İslandiya, İordaniya, Şotlandiya, Albaniya, Danimarka, Qvatemala, Tailand.
Qeyd edək ki, Onlayn Olimpiada 5 dəstədə – Baza, IV, III, II və Top-divizionda keçirilir. Azərbaycan yığması ən güclülərin yer aldığı Top-divizionda mübarizə aparacaq.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"