18 milyonluq döyüşdən imtina etdi - Tayson
11.06.2020 - 12:07
Əfsanəvi boksçu Mayk Tayson növbəti dəfə döyüşə dəvət edilib.
Apasport.az saytının məlumatına görə, braziliyalı MMA döyüşçüsü Vanderley Silva onunla rinqdə görüşmək istəyini bildirib.
Lakin aprelin sonlarında rinqə qayıtmaq istədiyini açıqlayan dünya çempionunun hazırlaşmasında kömək edən məşqçi Rafael Kordeyro amerikalının 18 milyon dollarlıq təklifdən imtina etdiyini açıqlayıb.
Qeyd edək ki, öz dövrünün ağır çəki dərəcəsində ən yaxşı boksçusu sayılan Mayk Tayson peşəkar karyerasında 55 dəfə rinqə çıxıb, bunun yalnız 6-da məğlub olub.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0