
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında Azərbaycan millisinin daha bir üzvü finala yüksəlib.
Apasport.az saytının məlumatına görə, Nicat Hüseynovun (51 kq) ardınca Ruslan Qədirov (54 kq) da yarımfinal döyüşünü qələbə ilə başa vurub.
Boksçumuz Elmir Nəbiyevə (Ukrayna) 3:2 (27:30, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələrək, həlledici döyüşdə iştirak hüququ qazanıb. O, final görüşünə martın 23-də çıxacaq.
Qeyd edək ki, yığmamızın daha 2 boksçusu bu gün yarımfinal mərhələsi çərçivəsində rinqə çıxacaq.
***
Saat. 21:30
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında yarımfinal döyüşləri keçirilir.
Apasport.az saytının məlumatına görə, bu mərhələyə yüksələn Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) rinqdən növbəti dəfə qələbə ilə ayrılıb.
Dünya və Avropa birinciliklərinin mükafatçısı finala gedən yolda türkiyəli Mehmethan Çinarla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma boksçumuzun qələbəsi ilə başa çatıb. Hüseynov 3:2 (29:28, 27:30, 29:28, 29:28, 28:29) hesablı qələbəyə sevinib.
O, həlledici döyüşə martın 23-də çıxacaq.
Qeyd edək ki, Azərbaycan milli komandasının bu gün daha 3 boksçusu yarımfinal döyüşünə çıxacaq.
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub