ABŞ-da təlim-məşq toplanışını başa vuran kişi boksçulardan ibarət Azərbaycan milli komandası Puebloda keçirilən beynəlxalq turnirə qatılıb.
Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmamızla yanaşı, ev sahibləri, Çin, Almaniya, Puerto-Riko və Filippin millilərinin qatıldığı yarışın ilk günü 2 idmançımız mərhələ adlayıb.
57 kq çəki dərəcəsində rinqə çıxan Ümid Rüstəmov çinli Xinyan Vanqdan güclü olub. Boksçumuz rəqibini 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib. Bu qələbə sayəsində Rüstəmov yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, finala vəsiqə uğrunda Ping Lyu (Çin) ilə üz-üzə gələcək.

Nəbi İsgəndərov da yarışa uğurla başlayıb. 71 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionatının mükafatçısı çinli Qiançenq Vanqa qalib gəlib. O, 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib. Bununla da, özü üçün ən azı bürünc medalı təmin edən İsgəndərov növbəti döyüşündə Omari Consu (ABŞ) sınağa çəkəcək.
Onlardan fərqli, Tayfur Əliyev Ronqyao Baya (Çin), Malik Həsənov (hər ikisi 63,5 kq) isə Verşan Liyə (ABŞ) məğlub olub.
Qeyd edək ki, yarışda yarımfinal qarşılaşmaları sentyabrın 14-də olacaq. Həmin gün Məsud Yusifzadə (51 kq) və Məhəmməd Abdullayev (+92 kq) də rinqə çıxacaqlar. Boksçularımız müvafiq olaraq, Bo Fanq (Çin) və Danabieke Bayikevuzi (Çin)/Nikita Putilov (Almaniya) cütünün güclüsü ilə döyüşəcək.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"