2023-cü ilin son cəzaları
28.12.2023 - 12:23
2023-cü ilin son cəzaları

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

2023-cü ilin son iclasında qəbul olunan qərarları təqdim edirik:

Azərbaycan Kuboku 1/8 final

18.12.2023-cü il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Kəpəz” – “Sabah” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

18.12.2023-cü il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Kəpəz” – “Sabah” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Kəpəz” klubu 500 manat cərimə edilir (maddə 43.7);

19.12.2023-cü il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “İrəvan” – “Araz-Naxçıvan” oyununa yanğınsöndürən avtomobilin təyin edilmiş vaxtdan gec gəldiyinə görə “İrəvan” klubu 100 manat cərimə edilir (maddə 72.4);

20.12.2023-cü il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Zirə” – “Turan Tovuz” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilir (maddə 37);

20.12.2023-cü il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Zirə” – “Turan Tovuz” oyununun 10-cu dəqiqəsində “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 1500 manat cərimə edilir (maddə 52.2);

21.12.2023-cü il tarixində Azərbaycan Kubokunda 1/8 finalın “Neftçi” – “Qaradağ Lökbatan” oyununda qonaq komandanın paltardəyişmə otağına dəymiş zərər “Qaradağ Lökbatan” klubu tərəfindən ödənilsin (maddə 54.2);

Misli Premyer Liqası XVIII tur

23.12.2023-cü il tarixində Misli Premyer Liqasının XVIII turunun “Sumqayıt” – “Səbail” oyununda “Sumqayıt” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 52.1);

24.12.2023-cü il tarixində Misli Premyer Liqasının XVIII turunun “Zirə” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);

I Liqa XII tur

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “İmişli” – “Mingəçevir” oyununda “İmişli” azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə “İmişli” klubu 150 manat cərimə edilir (maddə 52.2);

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “İmişli” – “Mingəçevir” oyununda PFL Əsasnaməsinin tələbi pozulduğuna görə “İmişli” klubu 50 manat cərimə edilir (maddə 70.1);

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “Karvan” – “Zaqatala” oyununun 86-cı dəqiqəsində “Karvan” klubunun 1 nömrəli futbolçusu Amil Orucovun qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 3 oyun cəzalanır, “Karvan” klubu 200 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.1, 32);

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “Karvan” – “Zaqatala” oyununun 90-cı dəqiqəsində “Karvan” klubunun 19 nömrəli futbolçusu Ruslan Voronsov təcavüzkar davranışa (rəqibi təpiklə vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Karvan” klubu 300 manat cərimə edilir (maddə 40.3);

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “Karvan” – “Zaqatala” oyununda “Karvan” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Karvan” klubuna xəbərdarlıq edilir (maddə 43.7, 11)

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “Karvan” – “Zaqatala” oyununda PFL Əsasnaməsinin tələbi pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilir (maddə 70.1);

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “Karvan” – “Zaqatala” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “Karvan” – “Zaqatala” oyununun 85-ci dəqiqəsində “Zaqatala” klubunun 14 nömrəli futbolçusu Rüstəm Nuruyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 3 oyun cəzalanır, “Zaqatala” klubu 200 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.1, 32);

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “Karvan” – “Zaqatala” oyununun 86-cı dəqiqəsində “Zaqatala” klubunun məşqçisi Nəsib Əliyev hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Zaqatala” klubu 150 manat cərimə edilir (maddə 42.3);

25.12.2023-cü il tarixində I Liqanın XII turunun “Karvan” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Zaqatala” klubu 70 manat cərimə edilir (maddə 37);

26.12.2023-cü il tarixində I Liqanın XII turunun “Qaradağ Lökbatan” – “Difai Ağsu” oyununun 30-cu dəqiqəsində “Difai Ağsu” klubunun 90 nömrəli futbolçusu İlham Allahverdiyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Difai Ağsu” klubu 50 manat cərimə edilir (maddə 36.5);

26.12.2023-cü il tarixində I Liqanın XII turunun “Şamaxı” – MOİK oyununun 52-ci dəqiqəsində MOİK klubunun 44 nömrəli futbolçusu Samir İbrahimov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, MOİK klubu 50 manat cərimə edilir (maddə 36.5);

26.12.2023-cü il tarixində I Liqanın XII turunun “Şamaxı” – MOİK oyunundan sonra Şamaxı şəhər stadionuna dəymiş zərər MOİK klubu tərəfindən ödənilsin (maddə 54.2);

Əvəzedicilər liqası XVIII tur

23.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XVIII turunun “Qəbələ-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah-2” komandası 70 manat cərimə edilir (maddə 37);

23.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XVIII turunun “Qəbələ-2” – “Sabah-2” oyununun 68-ci dəqiqəsində “Sabah-2” komandasının 88 nömrəli futbolçusu Xəyal Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Sabah-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

24.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XVIII turunun “Sumqayıt-2” – “Səbail-2” oyununun 90+3-cü dəqiqəsində “Sumqayıt-2” komandasının 16 nömrəli futbolçusu Tural Axverdiyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Sumqayıt-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);

24.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XVIII turunun “Sumqayıt-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37);

25.12.2023-cü il tarixində Əvəzedicilər liqasının XVIII turunun Zirə-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilir (maddə 37).

0