3 parataekvondoçumuz Qran-pridə medal qazandı
21.10.2022 - 09:55
3 parataekvondoçumuz Qran-pridə medal qazandı

İngiltərənin Mançester şəhərində parataekvondo üzrə Qran-pri turniri keçirilib. 

Apasport.az saytının məlumatına görə, yarışa 4 idmançı ilə yollanan Azərbaycan millisi 3 medal qazanıb. 

Fərid Tağızadənin rəhbərlik etdiyi yığmanın heyətində İmaməddin Xəlilov (K44, 70 kq) ikinci yeri tutub. Sabir Zeynalov (K44, 58 kq) və Əbülfəz Abuzərli (K44, 80 kq) isə Qran-prini bürünc medalla başa vurub. 

Qeyd edək ki, Mançesterdə bu gün taekvondoçuların mübarizəsinə start veriləcək. 3 gün davam edəcək yarışda ölkəmizi baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında Qaşım Maqomedov (58 kq) təmsil edəcək.
 

0