3 taekvondoçumuz dünya çempionatı ilə vidalaşdı - YENİLƏNİB
31.05.2023 - 15:48
3 taekvondoçumuz dünya çempionatı ilə vidalaşdı - YENİLƏNİB

Bakıda taekvondo üzrə keçirilən dünya çempionatının üçüncü günündə daha 3 çəki dərəcəsində qaliblər bəlli olacaq. 

Apasport.az saytının məlumatına görə, kişi taekvondoçular arasında 80 kq və 87 kq, qadınlarda 49 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək. 

Bu çəkilərdə dayanq üzərinə çıxan Azərbaycan millisinin üzvləri artıq çıxışlarını başa vurublar. 

Əliəskər Əliyev (80 kq) mundialda ilk görüşünü 1/16 final mərhələsi çərçivəsində Ababakar Soumareyə (Seneqal) qarşı keçirib. Taekvondoçumuz 2:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb.  O, 1/8 finalda Migel Treyosla (Kolumbiya) döyüşüb və məğlubiyyətə üzülüb. 

87 kq çəkidə dayanq üzərinə çıxan Taleh Süleymanov da mübarizəyə 1/16 finaldan qoşulub. O, debüt döyüşündə Manuel Pollet (Belçika) ilə qüvvəsini sınayıb. 2:0 hesabı ilə qalib gələn Süleymanov 1/8 finalda Maykl Rodrigeslə (ABŞ) gücünü yoxlayıb və 2:0 hesabı ilə qələbə qazanan rəqib mərhələ adlayıb. 

Patimat Abakarova (49 kq) isə 1/16 finalda Çina Murakamini (Yaponiya) sınağa çəkib. Döyüş Olimpiya mükafatçımızın qələbəsi ilə başa çatıb. O, 2:1 hesabı ilə qalib gəlib. Abakarova 1/8 finalda Botakoz Kapanova (Qazaxıstan) ilə qarşılaşıb və dayanqdan məğlub ayrılıb. 

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. 

0