[b]40 illik həsrətə son[/b]
29.06.2018 - 01:51
DÇ-2018-in Panama ilə oyununda 2:1 hesablı qələbə qazanan Tunis yığması həsrətə son qoyub. Apasport.az saytının məlumatına görə, Afrika təmsilçisi 40 ildən sonra mundialda qalib gəlib.
Tunislilərin sonuncu belə qələbəsi 1978-ci ilə təsadüf etmişdi. DÇ-1978-də iyunun 2-də Meksikaya qalib gələn afrikalılar final mərhələlərində qələbəyə həsrət idi.
Qeyd edək ki, Tunis 1978-ci ildən sonra 1998, 2002 və 2006-cı illərdə də mundiala qatılıb, lakin yarışı qələbəsiz tərk edib.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
0
0