
Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi keçirilən beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb.
Apasport.az saytının məlumatına görə, finala gedən yolda Azərbaycan millisinin 10 boksçusu rinqə çıxıb.
Onlardan 7-si çıxışını qələbə ilə başa vuraraq həlledici döyüşə vəsiqə qazanıb. Boksçularımızdan Tural Sarıyevlə (51 kq) Rza Rzazadə (75 kq) yarımfinalda ermənistanlı rəqiblərini məğlub edib. Təmsilçilərimiz müvafiq olaraq Tumas Tomasyan və Alik Ovanisyana qalib gəlib.
Səbuhi Əlizadə (+92 kq) qazaxıstanlı Elnar Absadukovu məğlub edib. Millimizin digər üzvləri Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq) və Taci Tağızadə (60 kq) isə gürcüstanlı boksçulardan üstün olub. Onlar müvafiq olaraq Bezhan Kobiaşvili, Oruc Əhmədov, Paata Mqebrişvili və Luka Xatiaşvili üzərində qələbə qazanıblar.
Yarımfinalda məğlub olan Sənan Hətəmov (71 kq), Aslan Mövsümov (86 kq) və Rəşid Məmmədov (92 kq) bürünc medalla kifayətləniblər.
Turnirdə final döyüşləri iyunun 19-da olacaq.
Qeyd edək ki, Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə keçirilən yarışa Gürcüstan, Azərbaycan, Qazaxıstan, Ukrayna və Ermənistanın 100-dək boksçusu qatılıb.
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub