9 boksçumuz Avropa birinciliyinin 1/4 finalında
30.09.2022 - 12:05
9 boksçumuz Avropa birinciliyinin 1/4 finalında

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/8 final mərhələsinə yekun vurulub. 

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin daha 3 idmançısı bu mərhələdə qələbə qazanaraq, 1/4 finala vəsiqə əldə edib. 

Milli üzvlərindən Məhəmmədəli Aşurəliyev (54 kq) Armandas Kreqzde (Litva) ilə qarşılaşıb. Gərgin keçən döyüşdə boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesablı ilə məğlub edib. O, yarımfinala gedən yolda Artur Avetikyanla (Ermənistan) üz-üzə gələcək.

57 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Qasımzadə də adını 1/4 finala yazdırıb. Boksçumuz bu hüquqa Nik Smirnova (Almaniya) 5:0 (30:25, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlməklə nail olub. O, növbəti görüşünü Kallum Karragerə (İrlandiya) qarşı keçirəcək. 

Ziya Həsənov (66 kq) isə qələbəni vaxtından əvvəl təmin edib. O, Stefan Ananyevə (Estoniya) II raundda tam üstünlüklə məğlub edib. Həsənov 1/4 finalda Pavel Urbanskini (Polşa) sınağa çəkəcək. 

Bununla da, Avropa birinciliyində 1/4 finalda mübarizə aparacaq boksçularımızın sayı 9-a çatıb. Aşurəliyev, Qasımzadə və Həsənovdan başqa, Faiq Mollayev (46 kq), Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (48 kq), Aynur Mikayılova (50 kq), Qızbəs İsgəndər (54 kq) və Emili Rzayeva (70 kq) da yarımfinal uğrunda döyüşəcək. 

Qeyd edək ki, yarışda 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançı mübarizə aparır. Qız boksçuların 1/4 final döyüşləri sentyabrın 30-da, oğlanlarda oktyabrın 1-də olacaq. 

0