AVRO-2020-nin qrup mərhələsindəki ilk iki oyununu Bakıda keçirəcək Uels yığması dəstəksiz qalmayacaq.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Britaniya təmsilçisinin 1000 azarkeşi qitə birinciliyinin oyunlarını canlı izləmək qərarına gəlib.
Məhz həmin sayda fanat yığmanın Bakı və Romadakı 3 qarşılaşmasını yerində izləmək üçün müraciət edib. Onlar koronavirus pandemiyası ilə bağlı bütün tələbləri yerinə yetirməyə hazırdırlar.
Qeyd edək ki, Uels yığması iyunun 12-də İsveçrə, 16-da Türkiyə ilə Bakı Olimpiya Stadionunda, ayın 20-də İtaliya ilə Roma Olimpiya Stadionunda üz-üzə gələcək.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"