“Açıq havada idman yarışlarının keçirilməsi müzakirə olunur”.
Apasport.az saytının məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, növbəti mərhələdə bu məsələyə baxıla bilər.
Daha öncə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı da idman tədbirləri ilə bağlı məsələnin müzakirə olunduğunu açıqlayıb: “1 iyun tarixində bunun açılması ilə bağlı müzakirə gündəmdədir. Yəqin ki, bu haqda da qərar veriləcək”.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Azərbaycanda mayın 31-dək xüsusi karantin rejimi elan olunub. Martın 13-dən idman tədbirləri dayandırılıb.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"