Azərbaycan şahmatçısı Rauf Məmmədov növbəti uğuruna imza atıb.
Apasport.az saytının məlumatına görə, qrossmeyster onlayn blits şahmat üzrə turnirlərdə ardıcıl üçüncü çempionluğunu yaşayıb.
Mayın 17-də Fransa çempionluğunu, ardınca 26 may - Gürcüstanın Müstəqillik Günü və 28 may - Azərbaycanın Respublika Gününə həsr edilmiş İpək Yolu Kubokunu qazanan 32 yaşlı qrossmeyster bu dəfə “Chess960 Titled Arena” turnirində qüvvəsini sınayıb.
Fişer sistemi ilə təşkil olunan yarışda 652 zəka sahibi gücünü yoxlayıb. İştirakçılar arasında Qata Kamski, Peter Svidler, Aleksandr Morozeviç kimi tanınmış qrossmeysterlər də yer alıb.
74 xal toplayan Rauf bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi adına yiyələnib. O, ən yaxın izləyicisi olan erməni rəqibi Hayik Martirosyanı 2 xal geridə qoyub. İlk “üçlüy”ü Belarus təmsilçisi Vladislav Kovalyov tutub – 71 xal.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib