Atletika üzrə mötəbər “Brilyat Liqa” turnirinin formatında dəyişikliklər edilib.
APA-nın məlumatına görə, təşkilatçılar bütün mərhələlərdə güclülərin müəyyənləşdiyi növlərin sayını 16-dan 12-yə endirməyi məqsədəuyğun sayıblar.
Belə qərarın qəbul olunmasına səbəb ayrı-ayrı növlərin populyarlığı ilə bağlı araşdırmaların nəticəsidir. Bu səbəbdən 4 növ – diskatma, üçtəkanla tullanma, 3000 m məsafəyə maneələri dəf etməklə, həmçinin 200 m məsafəyə qaçış 16 növ sırasını tərk edib.
Bu “dördlük”də olan qaçış növləri “Brilyant Liqa”nın yalnız 5 mərhələsinin proqramında olacaq. Bunlar arasında Oslo, Roma və Dohanın olacağı dəqiqləşib. Digər iki növün hərəsi isə iki mərhələdə mükafatçıları müəyyənləşdirəcək.
Bu 4 növdən heç biri 2020-ci ilin finalında təmsil olunmayacaq. Əvəzində bu növlərdə ən uğurlu iştirakçılar dünya çempionatına xüsusi dəvət alacaqlar.
Bu dəyişikliklər Azərbaycan idmançılarının “Brilyant Liqa” perspektivinə də birbaşa təsir edir. Atletika yığmasının əsas ümidləri Aleksis Kopello və Nazim Babayev əngəl səbəbindən üçtəkanla tullanmada yalnız 2 mərhələdə iştirak edə biləcək. Türkiyə yığmasının şərəfini qoruyan həmyerlimiz Ramil Quliyevin əsas uğurları isə 200 m məsafəyə qaçışla bağlıdır.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"