Azərbaycan döyüşçüsü “UAE Warriors9”da
Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA üzrə döyüşçüsü Bəxtiyar Abbasov növbəti görüşünü keçirəcək.
Apasport.az saytının məlumatına görə, 33 yaşlı idmançı Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq “UAE Warriors9” çərçivəsində qüvvəsini sınayacaq.
Orta çəki dərəcəsində mübarizə aparan döyüşçümüz Belarus təmsilçisi İqor Litoşiklə qarşılaşacaq. Noyabrın 29-da baş tutacaq görüş Abu-Dabidəki “Mubadala Arena”da keçiriləcək. Bu, hər iki idmançının 23-cü peşəkar döyüşü olacaq. Bəxtiyarın hesabında 17 qələbə və 5 məğlubiyyət var. Onun rəqibi isə 14 dəfə qalib gəlibsə, 8 dəfə uduzub.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"