Sentyabrın 9-da Belarusun paytaxtı Minskdə atletika üzrə Avropa və ABŞ yığmaları arasında matç keçiriləcək.
APA-nın məlumatına görə, iki gün davam edəcək görüşdə hər iki komandanın ən güclüləri mübarizə aparacaqlar.
Avropa yığmasının heyətinə azərbaycanlı atlet Nazim Babayev də dəvət alıb. O, üçtəkanla tullanmada mübarizə aparacaq idmançılar sırasındadır.
Siyahıda Türkiyə yığmasının azərbaycanlı atleti Ramil Quliyevin də adı var. Dünya və Avropa çempionu 200 m məsafəyə qaçışda qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa – ABŞ matçı “Dinamo” Milli Olimpiya Stadionunda keçiriləcək. Görüşdə 300 idmançı 30-da artıq növdə qalibi müəyyənləşdirəcək.
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub