Lozanna-2020 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında Azərbaycan millisinin bayraqdarının adı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, bu funksiyanı yarışdakı yeganə təmsilçimiz Yekaterina Ryabova yerinə yetirəcək.
Milliləşən fiqurlu konkisürən və nümayəndə heyətimiz İsveçrəyə yanvarın 8-də yollanacaq. Buraya idmançı ilə yanaşı, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və qurumun beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov daxildir.
Qeyd edək ki, millimiz Yeniyetmələrin Qış Olimpiya Oyunlarında ilk dəfə iştirak edəcək. Yanvarın 9-22-də keçiriləcək yarışda 79 ölkədən 1872 atlet mübarizə aparacaq.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"