Koronavirus pandemiyası daha bir nüfuzlu idman yarışının keçirilməsinə əngəl yaradıb.
Apasport.az saytının məlumatına görə, 2021-ci ilin fevralında keçirilməli olan dağ xizəyi üzrə dünya çempionatı bu səbəbdən də təxirə salınacaq.
Bunu İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo açıqlayıb. O bildirib ki, Kortina Dampetso şəhərində təşkil olunmalı yarışın bir il sonraya keçiriləcək.
Onun sözlərinə görə ölkənin qış idman növləri federasiyası mundialın 2022-ci ilin martına keçirilməsi ilə bağlı rəsmi müraciət hazırlayıb. Bu sənəd Beynəlxalq Xizək İdmanı Federasiyasına təqdim olunacaq.
Qeyd edək ki, dağ xizəyi Azərbaycan yığmasının da iştirak etdiyi azsaylı qış idman növlərindən biridir. Ölkəmiz bu növdə dünya çempionatlarında da təmsil olunur.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"