Sabah Bəhreyn milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığması daha bir itki ilə üzləşib.
APA-nın məlumatına görə, bu barədə xəbəri millinin baş məşqçisi Nikola Yurçeviç verib.
O bildirib ki, “Qarabağ”ın futbolçusu Qara Qarayev də xəsarət alıb. Yarımmüdafiəçinin zədəsi ilə bağlı durumu tam aydın olmasa da, Bəhreynlə qarşılaşmanı buraxmaq ehtimalı yüksəkdir. Bu problem futbolçunun AVRO-2020-nin Macarıstanla səfərdəki seçmə oyunundakı iştirakını da sual altına qoyur.
Qeyd edək ki, Anton Krivotsyuk, Maksim Medvedev və Dmitri Nazarov cəza səbəbindən seçmə oyunu buraxacaq. Bu üzdən onlar yoldaşlıq görüşünə də aparılmayıb. Mahir Emreli və Səlahət Ağayev isə son turda zədələnərək heyətdən çıxarılıb.
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub