Azərbaycan millisinin üzvü Nəbi İsgəndərov Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında ikinci görüşünü keçirib.
Apasport.az saytının məlumatına görə, 67 kq çəki dərəcəsində mübarizə aparan ölkə çempionu Luka Nikabadzenin (Gürcüstan) ardınca Alen Ahmetoviçi (Xorvatiya) də yarışdan kənarlaşdırıb.
Boksçumuz 1/8 final mərhələsi çərçivəsində ev sahibini 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:25) hesabı ilə məğlub edib.
İsgəndərov 1/4 final qarşılaşmasına martın 19-da çıxacaq. Təmsilçimizin rəqibi fransalı Hüqo Qrau ilə olacaq.
Qeyd edək ki, bu gün axşam seansında yığmamızın digər üzvü Murad Allahverdiyev (80 kq) rinqə çıxacaq.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib