Azərbaycan Cüdo Federasiyası müxtəlif regionlarından olan 15 yaşa qədər yeniyetmə cüdoçuların Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq prosesi zamanı zəhərlənməsinə münasibət bildirib.
Apasport.az saytı xəbər verir ki, məlumatda hazırlıq zamanı bəzi idmançıların özlərini pis hiss etdikləri və müayinə üçün Göygöl rayon xəstəxanasına aparıldıqları vurğulanıb.
Bildirilib ki, ilkin tibbi yardım göstərildikdən və hərtərəfli müayinə edildikdən sonra idmançılar yenidən Göygöl Olimpiya İdman Kompleksinə qayıdıblar. Həmçinin onlardan götürülən nümunələr test üçün laboratoriyaya göndərilib: “Hazırda idmançıların səhhəti yaxşıdır, sağlamlıqlarına heç bir təhlükə yoxdur. Yeniyetmə cüdoçularımız cari qrafik üzrə məşqlərini davam etdirirlər. Göygöl Olimpiya İdman Kompleksi ilə aramızda imzalanan müqaviləyə əsasən, idmançıların qidalanmasının qida təhlükəsizliyinə uyğun şəkildə həyata keçirilməsini qarşı tərəf təşkil edir”.
Əlavə olunub ki, hadisənin tam araşdırılması və idmançıların özlərini pis hiss etmələrinin səbəblərinin müəyyən edilməsi üçün federasiya dövlət orqanları ilə əməkdaşlıq edir.
Qeyd edək ki, 30 aprelə qədər davam edəcək təlim-məşq toplanışında məqsəd regiondan olan cüdoçuların 6-8 mayda keçiriləcək 15 yaşa qədər yeniyetmələrin Azərbaycan birinciliyinə yüksək səviyyədə hazırlığını təmin etməkdir.
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb