Avstraliyanın Pert şəhərində cüdo üzrə Okeaniya açıq turnirində Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.
APA-nın məlumatına görə, beynəlxalq yarışın ikinci günü milli üzvü Murad Fətiyev bürünc medala sahib olub.
81 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə İtaliya təmsilçisi Andrea Reqisə qalib gələrək "Okeaniya Open" turnirində fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, Avstraliyada 66 ölkədən 310 cüdoçu mübarizə aparıb. Ölkəmiz beynəlxalq yarışda 9 cüdoçu ilə təmsil olunub.
Turnirin ilk günü Nicat Şıxəlizadə komandamıza gümüş medal qazandırıb. Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Okeaniya açıq turnirində uğur əldə edən Nicat Şıxəlizadə və Murad Fətiyev aktivinə vacib xallar yazdırıblar.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"