Onlayn şahmat üzrə məktəblilərin dünya çempionatında ilk mükafatçılar bəlli olub.
Apasport.az saytının məlumatına görə, 2006-2007-ci il təvəllüdlü oğlan və qızların mübarizəsinə yekun vurulub.
U-14-lərin yarışında qüvvəsini sınayan Riad Səmədov da mükafatçılar sırasına düşüb. İsveçrə sistemi ilə 9 turdan ibarət turnirdə 7 xal qazanan idmançımız 2-ci yeri tutub.
Gümüş medal əldə edən Səmədov dünya çempionu olan iranlı Məhəmməd Cavad Xorşidi Paci ilə eynio xal toplayıb. Yalnız əlavə göstəricilər asiyalıya qızıl medal qazandırıb.
Qeyd edək ki, qızların da yarışında İran təmsilçisi çempionluğa sevinib. Səhər Məsumi Kəjəz 7,5 xalla 1-ci olub.
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri