Son günlər cəbhənin müxtəlif istiqamətlərində ağır zərbələr alan Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti döyüşlərdə iştirak etməkdən imtina edir.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, məlum olub ki, 543-cü alayın ehtiyat bölmələrinin hərbi qulluqçuları Dağlıq Qarabağa getməkdən imtina etdikləri üçün döyüş mövqelərinə kənd sakinləri cəlb edilib. Eyni zamanda yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bəzi avtomobil yollarını bağlayıblar.
Hadrutdan şimaldakı müdafiə zolağında və Ağdərədəki 5-ci dağatıcı alayın müdafiə sahəsindəki hərbçilərə qohum və tanışları telefon vasitəsilə zəng edərək onlara silahı yerə qoyub geri çəkilmələri barədə çağırış edir. Bölmələrdə ərzaq, yanacaq və döyüş sursatlarının çatışmadığı barədə də məlumat verilir.
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
- “Gözünüz aydın, kişilər, müharibə bitdi” – Daşqın Əzizin müharibə xatirələri