Avropa Cüdo Birliyi (EJU) Portuqaliyanın paytaxtı Lissabonda seminar keçirir.
Apasport.az saytı xəbər verir ki, seminar Beynəlxalq Cüdo Federasiyası (IJF) tərəfindən bu ilin əvvəlində tətbiq edilən yeni hakimlik və məşqçilik qaydalarına həsr olunub.
Tədbirdə müxtəlif ölkələrin beynəlxalq dərəcəli hakimləri iştirak edir. EJU-nun hakimlər üzrə direktoru Aleksandr Yatkeviç çıxışında bildirib ki, təşkil olunan seminar cüdo üzrə biliklərini təkmilləşdirən peşəkar hakim və məşqçilər üçün əla fürsətdir. Bu tədbir, eləcə də idmançılar və idman həvəskarları üçün də çox faydalıdır.
Qeyd edək ki, sabah yekun vurulacaq seminarda Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri, əməkdar idman ustası Natiq Bağırov və federasiyanın hakimlər üzrə meneceri Mətin Rəhimli də iştirak edir.
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
- MPK-nın nümayəndə heyəti İstanbulda Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
- AMADA-nın Müşahidə Şurasının iclası keçirilib