Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın ilk medal dəstləri ikinci yarış günündə sahiblərini tapıb.
Azərbaycan gimnastları günü iki medalla başa vurub. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup komandamız ikinci olub. Bir gün öncə 5 topla çıxış edən gimnastlarımız bu dəfə 3 həlqə və 2 gürzlə bacarığını nümayiş etdirib. İki proqramın cəmində 66,300 xal toplayan yığmamız çöxnövçülükdə gümüş medala yiyələnib. Meydan sahiblərini qabaqlayan təmsilçimiz yalnız İsraildən geri qalıb.
Qrup hərəkətlərinin nəticələri həm də komanda yarışlarında hesaba alınıb. Burada yeniyetmələrin təsnifat yarışları da toplanıb. Yekunda Azərbaycan millisi 3-cü yerin sahibi kimi bürünc medal qazanıb. Ukrayna qızıl, İsrail gümüşə sahib çıxıb.
Qeyd edək ki, Avropa çempionatına noyabrın 29-da yekun vurulacaq.
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar