Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası ölkə xaricində növbəti təlim-məşq toplanışına başlayıb.
Apasport.az saytının məlumatına görə, yığmamız bu gündən Belarusun paytaxtı Minskdə yerli komandayla birgə hazırlığa start verib.
Dekabrın 25-dək davam edəcək təlim-məşq toplanışında baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Murad Bazarov (60 kq), Murad Məmmədov, Taleh Məmmədov (hər ikisi 63 kq), İslambek Dadov, Namaz Rüstəmov, Rəsul Çunayev (hamısı 67 kq), Sənan Süleymanov, Ülvi Qənizadə (hər ikisi 72 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev, Zamir Məhəmmədov (hər ikisi 97 kq) və Beka Kandelaki (130 kq) iştirak edəcək.
Qeyd edək ki, komanda Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun rəhbərliyi altında Minskə yollanıb.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"