Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın 4-cü günündə Elis Manolova (65 kq) mübarizəyə qoşulub. B qrupunda yer alan təmsilçimiz ilk görüşdə Avropa ikincisi Tatyana Rijkoya (Ukrayna) məğlub olub - 0:7. Elis qrupda sonuncu görüşünü estoniyalı Viktoriya Essoya qarşı keçirib və rəqibinə 6:3 hesabıyla qalib gəlib. Qrupda ikinci yeri tutan Manolova yarımfinala yüksəlib. Millimizin üzvü 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi Krişta İnçe (Rumıniya) ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdən minimal fərqlə (2:1) qalib gələn Elis 4-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Güləşçimiz qızıl medal uğrunda ukraynalı Tatyana Rijkoyla mübarizə aparacaq.
Qeyd edək ki, final aprelin 1-də axşam seansında keçiriləcək.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib