Hacı Əliyevə kapitan rütbəsi verildi
16.04.2022 - 13:53
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında gümüş medal qazanan Hacı Əliyevə yeni rütbə verilib.
Apasport.az saytının məlumatına görə, sərbəst güləş üzrə üçqat dünya və üçqat Avropa çempionu vaxtından əvvəl kapitan hərbi rütbəsinə layiq görülüb.
Bundan əlavə, DSX rəisinin digər əmri ilə Firdovsi Umudova da polkovnik rütbəsi verilib.
Qeyd edək ki, Hacı Əliyev Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc, Tokio-2020 olimpiadasının isə gümüş mükafatçısıdır.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
0
0