Şamaxı rayon Məhkəməsində Azərbaycan millisinin sabiq güləşçisi, vətəndaşı qanunsuz azadlıqdan məhrum etmədə ittiham olunan Məsim Qədirlinin barəsində istintaq orqanın verdiyi təqdimata baxılıb.
APA-nın məlumatına görə, hakim Etibar Hümbətov sədrliyi ilə keçirilən prosesdə istintaq orqanın təqdimatı təmin edilib və M. Qədirlinin həbs müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, Məsim Qədirli Şamaxı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) ittiham edilir.
Xatırladaq ki, Məsim Qədirli yeniyetmələrdən ibarət sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü olub. O, Azərbaycan birinciliyinin bürünc mükafatını qazanıb, beynəlxalq turnirlərdə ölkəmizi təmsil edib.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"