Cüdo üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Apasport.az saytının məlumatına görə, yığma İsrailin Təl-Əviv şəhərində keçiriləcək yeni ilin ilk Qran-pri turnirində 15 idmançı ilə təmsil olunacaq.
Məşqçilər korpusu yanvarın 23-25-də baş tutacaq yarışda əsasən ehtiyat qüvvəyə şans verəcək. Turnirdə komandamızın liderlərindən Hidayət Heydərov isə yeni çəkidə mübarizə aparacaq. 73 kq-da Rüstəm Orucova uduzan cüdoçu 81 kq çəki dərəcəsində tatamiyə çıxacaq. İsraildə məşqçilər korpusu onunla yanaşı, Kəramət Hüseynov, Yaşar Nəcəfov (hər ikisi 60 kq), Orxan Səfərov, İbrahim Əliyev (hər ikisi 66 kq), Telman Vəliyev (73 kq), Murad Fətiyev (81 kq), Rüfət İsmayılov (90 kq), Aslan Mirzəyev (100 kq), Şahin Qəhrəmanov (+100 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorlu Munxtsedev və Aleksandra-Larisa Floriana (hər ikisi 57 kq) şans verəcək.
Qran-pridə 90 ölkədən 625 (349 kişi, 276 qadın) cüdoçunun iştirakı gözlənilir.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"