Koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan şahmat üzrə İddiaçılar Turnirinin taleyinə yaxın bir ayda aydınlıq gələcək.
Apasport.az saytının məlumatına görə, bunu FİDE-nin prezidenti Arkadi Dvorkoviç açıqlayıb.
O bildirib ki, martın 15-də Yekaterinburqda start götürən turnirin bərpa tarixi və yeri yaxın bir ayda bəlli olacaq: “Hazırda məsləhətləşmələr aparırıq. Belə ehtimal var ki, turniri payızda, sentyabr-oktyabrda keçirəcəyik. Yarışı Yekaterinburqda keçirmək istəyirik. Amma Rusiyanın koronavirusa görə iştirakçıları qəbul etməyə hazır olmayacağı hal üçün digər alternativ variantları da nəzərdən keçiririk. Yekun qərarı təxminən bir ay sonra verəcəyik”.
Qeyd edək ki, İddiaçılar Turniri martda birinci dövrədən sonra yarımçıq dayandırılıb.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"