Atletika üzrə nüfuzlu “Brilyant Liqa” yarışının taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, bu barədə World Athletics rəsmi qərar verib.
Koronavirus pandemiyası üzündən 2020-ci ildəki yarış əvvəlkilərdən fərqlənəcək. Turnirdə 24 növdən ibarət final mərhələsi olmayacaq. Həmçinin ayrı-ayrı mərhələlərdəki nəticələr üçün xalların hesablanması aparılmayacaq. Bu da onunla bağlıdır ki, koronavirus səbəbindən idmançıların məşq və səfər şərtləri fərqlidir. Bu isə atletlərə bərabər vəziyyətdə qoymur və ədalətli mübarizə üçün imkan vermir. Qurumun açıqladığı təqvimə əsasən, Azərbaycan idmançılarının da qatılacağı yarış 10 mərhələdən ibarət olacaq.
“Brilyant Liqa”nın təqvimi
14 avqust – Monako
23 avqust – Stokholm (İsveç)
2 sentyabr – Lozanna (İsveçrə)
4 sentyabr – Brüssel (Belçika)
6 sentyabr – Paris (Fransa)
12 sentyabr – Qeytshed (Böyük Britaniya)
17 sentyabr – Roma/Neapol (İtaliya)
19 sentyabr – Şanxay (Çin)
9 oktyabr – Doha (Qətər)
17 oktyabr – Çin
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"