Rusiyanın paytaxtı Moskvada fiqurlu konkisürmə üzrə Qran-Pri turniri start götürüb.
Apasport.az saytının məlumatına görə, kişilərin yarışında Azərbaycan təmsilçisi Vladimir Litvintsev də çıxış edir.
Bu gün konkisürənlər qısa proqramı yerinə yetirib. Litvintsevın çıxışı 81,55 xalla qiymətləndirilib. O, 12 iştirakçı arasında 9-cu olub. 1-ci yeri isə gürcüstanlı Morrisi Kvitelaşvili tutub – 99,56 xal.
Qeyd edək ki, turnirdə ölkəmizin daha bir idmançısı Yekaterina Ryabova da qüvvəsini sınayacaq. O, bu gün qadınların yarışında qısa proqramda çıxış edəcək. Hər iki idmançımız sabah sərbəst proqramda bacarığını nümayiş etdirəcək.
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub