Triatlon üzrə Azərbaycan millisi koronavirus pandemiyası ilə bağlı fasilədən sonra ilk yarışa qatılıb.
Azərbaycan Triatlon Federasiyasından apasport.az saytına verilən məlumata görə, mövsümün bərpası idmançımız üçün uğurlu alınıb.
Təmsilçimiz Rostislav Pevtsov 50 atletin qatıldığı sprint üzrə Ukrayna açıq çempionatında qüvvəsini sınayıb. Ötən il Avropanın ən yaxşı triatlonçusu seçilən milliləşdirilmiş legioner gümüş medal əldə edib.
Qeyd edək ki, koronavirus üzündən planları pozulan triatlon yığmamız bir neçə aydır Ukraynada hazırlıq keçir. Millimiz avqustun 28-30-da Estoniyanın Tartu şəhərində Avropa çempionatına hazırlığı ölkə xaricində tamamlayacaq.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"