Ölkəmizin şose velosipedi üzrə Elit yığma komandasının üzvü Samir Cəbrayılov açıq Ukrayna kuboku yarışının 3-cü mərhələsinin qalibi olub.
Azərbaycan Velosiped İdmanı Federasiyasından apasport.az saytına verilən məlumata görə, təmsilçimiz 4 günlük yarışın yekununa əsasən, bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb.
136 km-dən ibarət ilk yarış günündə finiş xəttini 8-ci keçən Samir növbəti gün 141 km məsafəni hamıdan tez qət edib (3 saat, 31 dəqiqə, 42 saniyə) və mərhələ qalibi olub. 112 km-lik 3-cü və 20 km-lik 4-cü mərhələlərdə (fərdi ötüşmə) müvafiq olaraq 5-ci və 4-cü nəticə göstərən velosipedçimiz bununla da ümumi təsnifatda bütün rəqibləri üçün əlçatmaz olmaqla 1-ci yerə layiq görülüb.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO