"Hazırda musiqi ilə məşğulam, ud, tar çalıram. Həmçinin idmanla da məşğulam. Səhhətim də yaxşıdır".
Apasport.az saytının məlumatına görə, bunu "unikal"a gənclər və idman nazirinin sabiq müavini İsmayıl İsmayılov deyib.
O, idmançılara kömək etdiyini bildirib: "Ümumiyyətlə, sağlam həyat tərzi keçirirəm. Pensiyada olan insan başqa nə etməlidir ki? Təklif olarsa, bundan sonra da dövlət qurumlarında çalışmağa və mənə olan etimadı doğrultmağa hazıram. Yəqin ki, məsləhət görülərsə, işlə bağlı təklif də olacaq", - deyə sabiq nazir müavini əlavə edib.
Qeyd edək ki, İsmayıl İsmayılov ötən ilin noyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb