AVRO-2020-nin seçmə mərhələsinin hazırda davam edən Norveç – İspaniya qarşılaşması qonaqlar üçün iki tarixi hadisə ilə əlamətdardır.
APA-nın məlumatına görə, İspaniya millisinin tarixində ilk dəfə start heyətində yer alan 11 futbolçu 11 müxtəlif klubu təmsil edir.
Bunlar İngiltərə təmsilçiləri “Çelsi” (Kepa Arrisabalaqa), “Arsenal” (Daniel Sebalyos), Fransa çempionu PSJ (Xuan Bernat), İtaliya “Napoli”si (Fabian Ruis) və yerli klublar “Real” (Serxio Ramos), “Vilyarreal” (Raul Albiol), “Sevilya” (Xesus Navas), “Atletiko” (Saul Niqes), “Barselona” (Serxio Buskets), “Valensiya” (Rodriqo), “Real-Sosyedad” (Mikel Oyarabal) komandalarıdır.
“Real”ın yeganə nümayəndəsi S.Ramos millidə 168-ci oyununa çıxmaqla bu göstəricidə mütləq rekord vurub. O, sabiq komanda yoldaşı İker Kasilyası (167) arxada qoyub.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO